Argan Yağının Möcüzəvi Gücü: Moroccanoil-in Gözəllik İnqilabına Səyahəti
- 4 g. əvvəl
- 0 comments
Moroccanoil brendinin həmtəsisçisi Karmen Tal evdən uzaqda səyahət zamanı adi bir saç boyama xidməti uğursuz nəticələndikdən sonra Moroccanoil Treatment məhsulunun gücünü kəşf etdi. O, saçının anında bərpa olunaraq parlaq, hamar və idarəolunan hala keçidinin şahidi olur və bu sehrli argan yağını dünyakı bütün qadınlar üçün əl çatan olması üçün işə başlayır.
ARGAN YAĞININ HEKAYƏSİ
Argan ağacları Aralıq dənizi bölgəsinin yarı səhralı ərazilərində böyüyərək çətin şəraitdə yaşamağa davam edir. Arqan ağacının dərin kökləri və kiçik yarpaqları onu küləyə və su itkisinə qarşı qoruyur. Beləliklə də bu unikal ağac yağ tərkibli xüsusi bir qoz əmələ gətirir. Arqan ağacının qozundan yığılaraq çıxarılan bu yağ çox nadır və qiymətli bir yağdır. Aralıq dənizi bölgəsində yaşayan qadınlar əsirlərdir saç və dəriyə qulluq rutinlərində bu yağdan istifadə edirlər. Nəticədə isə sağlam və parlaq bir görünüşə sahib olurlar.
ARGAN YAĞININ FAYDALARI
Moroccanoil argan yağının yenilikçi gücündən ilhamlanmışdır. Vitamin, mineral və antioksidantlarla zəngin olan bu qədim gözəllik sirri saç, bədən və dırnaqları nəmləndirməyə və yumşaltmağa kömək edir. Tərkibindəki yüksək antioksidantlar, yağ turşuları və E vitamini saçların elastikliyini artırır,bərpa edir və cansız saçlara parlaq görünüş verməyə etməyə kömək edir. Eyni zamanda dərini dərindən nəmləndirir və qidalandırır.
Argan yağı dəri üçün lüks nəmləndirici təsir göstərərək dərini nəmləndirir. Argan yağı eyni zamanda qırışların görünüşünü azaltmağa kömək etdiyi də məlumdur.
SƏNAYE LİDERİ
On ildən çoxdur ki,gözəllik sənayesində yeni bir kateqoriyaya öncülük edən Moroccanoil, indi qidalandırıcı antioksidantla zəngin argan yağı ilə zənginləşdirilmiş saç və bədən qulluğu məhsulları ilə sənaye liderinə çevrilib.
“Biz, on ildən artıq müddətdirki yağla zəngin uğurlu yenilikləri qeyd etdiyimiz üçün çox sevincliyik və bu gün hədəfimiz dəyişməz olaraq qalır—gözəl dəyişiklikləri dəstəkləmək və insanlarda özünəinam yaradan məhsullar yaratmaq"
Karmen TalİMZA ƏTRİMİZ
Moroccanoil-in imza ətri yadda qalan və ekzotik qoxusu ilə duyğuları oyadır və sahil kənarında rahat bir istirahət və lüks spa təcrübəsini xatırladır. Bu unikal ətir: ədviyyatlı kəhrəba notları ilə şirin çiçək notlarının birləşməsindən yaranan sakitləşdirici hiss bəxş edir.
Dünyada argan yağı üzrə bir nömrəli brend olan, Moroccanoil , 2022-ci ildən Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərir. Brendin Azərbaycandakı rəsmi tərəfdaşı Profkosmetik MMC-dir. Hal-hazırda 40-dan çox lüks salon və mağazada Moroccanoil məhsulları əldə edə bilərsiniz.
Also read
Popular posts
-
23 Noyabr, 2024 8818 0
-
Argan Yağının Möcüzəvi Gücü: Moroccanoil-in Gözəllik İnqilabına Səyahəti
18 Dekabr, 2024 1295 0
Kateqoriyalar
- Saç Qulluğu 1 article
- Dəriyə Qulluq 0 article
- Kitablar 0 article
- Brendlər 1 article
0 Şərhlər